SİZİN REKLAM BURADA!
055 213 76 73


Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

BAKU.WS