SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Ankara aviareysi ilə uçan və texniki səbəbə görə Bakı aeroportuna geri qayıdan təyyarə Ankaraya yola salınıb.

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, təyyarə saat 13:00-da Ankaraya yola düşüb.

11:40

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.

BAKU.WS xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

BAKU.WS