SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda koronavirusa görə sərnişindaşınmada dezinfeksiya işlərinə başlanılacaq.

Bu barədə daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” şirkətindən BAKU.WS-ə bildirilib ki, dezinfeksiya işləri paytaxtda 14 marşrut xətti üzrə 300-ə yaxın avtobusda aparılacaq.

“Avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir.

Bununla yanaşı əvvəlcədən müəyyən edilmiş proqrama əsasən müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir.

Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir.

Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır”, - deyə bildirilib.

Ziya SƏCCAD
BAKU.WS