SİZİN REKLAM BURADA!
055 213 76 73


İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Xatırladaq ki, ötən gün 23 nəfər karantin məqsədi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BAKU.WS