VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə metropolitenin sözçüsü Bəxtiyar Məmmədov “qafqazinfo”ya bildirib. Onun sözlərinə görə, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub:

“Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı.

Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıblar.

Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.

BAKU.WS