VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Sədərək” Ticarət Mərkəzi yanır, bazarın çıxışındakı şlaqbaumlar bağlıdır, kassirlər maşınların bazardan çıxması üçün 50 qəpik yerpulu yığır”.

BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, bunu hadisə yerində olan jurnalistlərdən biri “Facebook” səhifəsində yazıb.

Hadisəyə ironik münasibət bildirən jurnalist belə getsə, yanğınsöndürən maşınların da ərazidən çıxanda pul ödəyəcəyini bildirib.

Qeyd edək ki, bu gün “Sədərək” Ticarət Mərkəzində güclü yanğın olub.

Hadisə nəticəsində 60-a yaxın mağaza yanıb, səkkiz nəfərin zəhərləndiyi bildirilir.

BAKU.WS