SİZİN REKLAM BURADA!
055 213 76 73


Havaların kəskin dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib. Daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

"Həmçinin sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - qurum bəyan edib.

BAKU.WS