SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, koronavirus yeni virus növü olduğuna görə insanlarda qorxu və təlaş yaradır.

BAKU.WS xəbər verir ki, bu barədə o, İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində danışıb.

Hande Harmancı həmçinin deyib ki, bu virus ciddi xəstəlik ola da bilər, olmaya da bilər: "Yeni bir virus ortaya çıxıb. Əvvəl belə bir virus olmadığı üçün insanlarda həyəcan və təlaş yaratması normal bir şeydir. Lakin bu hisslərin əsiri olmamışdan əvvəl hər bir ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata qulaq asmaq lazımdır. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına etibar etmək gərəkdir.

Bu virus ciddi xəstəlik ola da bilər, olmaya da bilər. Vacib olan hər zaman etməli olduğumuz işləri etmək və səlahiyyətli şəxslərə qulaq asmaqdır. Hazırda virus araşdırılır, bu, insandan insana necə keçir, bir nəfər virusu necə yaya bilər, bu məsələ hələ də araşdırılır".

BAKU.WS
VİDEO