SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus (2019-nCoV) virusunun Çində yayılması xəbəri fonunda Bakı Beynəlxalq Dəniz Limanında (Bakı limanı) sanitar nəzarət gücləndirilib.

Bakı limanından BAKU.WS-ə verilən məlumata görə, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür.

Məlumata əsasən, limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım maşını fəaliyyət göstərir.

BAKU.WS