SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirus səbəbindən Çində qalan azərbaycanlılarla bağlı danışıb.

BAKU.WS xəbər verir ki, Mövlud Çavuşoğlu Modern.az-a açıqlamasında məsələni diqqətdə saxladıqlarını deyib:

“Virus yayılan bölgədə  7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək  və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:

“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

BAKU.WS