SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərişıq” ASC Bakının Yasamal rayonu ərazisində, sökülən “Sovetski” məhəlləsinin yerində aparılan abadlıq işlərinə görə abonentləri elektrik enerjisinin təchizatında yaranacaq fasilə barədə xəbərdar edib.

BAKU.WS xəbər verir ki, ASC-nin mətbuat xidmətindən yayılan elanda deyilir ki, Yasamal rayonu ərazisində yerləşən A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələrinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təhcizatı müəyyən müddətə qədər dayandıracaqdır.

Buna səbəb, köhnə “Sovetski” adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik verilişi xətlərinin və yeraltı kabel xətlərinin yenilənməsi- elektrik enerjisi infrastrukturunun yenidən qurulması üçün görülən işlərdir.

BAKU.WS