SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bakıdan gələn Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Nərmin Quliyevaya qarşı törədilən cinayət işinin açılması istiqamətində gərgin işlər gedir. Biz bu gün səhər saatlarında da hüquq mühafizə orqanı əməkdaşları ilə birlikdə olduq, müzakirələr apardıq".

Bu fikirləri BAKU.WS-in bölgə müxbirinə Nərmin Quliyevanın dəfn mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili əlavə edib ki,istintaqın gedişi Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun nəzarətindədir.

"Bilirsiz ki, cinayət işinin açılması ilə bağlı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin xüsusi nümayəndə heyyəti gəlib.

Biz istintaqın gedişinə mane ola bilmərik, müxtəlif əsası, sübutu olmayan fərziyələr, hər hansı fikirlərin işlətmək istəmirəm.

Lakin onu deyə bilərəm ki, inşallah yaxın müddətdə bu vəşiliyi törədən şəxs və ya şəxslər ədalət qarşısında cavab verəcək".

BAKU.WS