SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" mesajlaşma şəbəkəsi yeni funksiyasını aktivləşdirməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə "WaBetaInfo” saytı məlumat yayıb.

Bildirilir ki, mesajlaşma platformasında tezliklə “qaranlıq rejim” funksiyası aktivləşəcək.

Hazırda “Android” istifadəçiləri üçün “qaranlıq rejim” “WhatsApp” yeniləməsinə daxil edilib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi ilk dəfə noyabr ayında “Android” əməliyyat sisteminin bəzi istifadəçiləri üçün “qaranlıq rejim”dən istifadəni mümkün edib.

BAKU.WS