VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış rejisor Rza Rzayev Corc Qafarovla bağlı maraqlı paylaşım edib. 

BAKU.WS xəbər verir ki, rejisor Corcla bağlı bir faktı açıqlayıb:

"Dostlar, məcbur oldum yazdım. Corc, bağışla məni. Dolu filminin çəkilişləri zamanı bir neçə səhnədə hamı ağlamışdı, amma məni daha çox ağladan Corc oldu!

Corc da “Dolu” filmində çəkilirdi, uşaq idi onda. Çəkiliş olmayan günü yaradıcı heyət ilə birlikdə çay içirdik. Aktyorlardan biri söhbət əsnasında Corca sual etdi: Anan sağdı? Gəlir sizi görməyə?

Corc dedi, hə. Yemək də gətirir, bizi yedirdir, amma gedəndən sonra hamısın qaytarıram!

-Niyə?

Çünki, anam xəstədi, yeməkləri zibillikdən yığıb gətirir. Yeyirəm ki, pis olmasın!

İki gün ağladım və ondan sonra Corc ilə üz - üzə gəlməmək üçün gizləndim! Və neçə illərdi onu görmürəm. Bələdiyyəyə üzv seçilib, uğurlar arzu edirəm! Dostlardan ona dəstək istəyirəm!"

BAKU.WS