VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycan Milli Elmlər Akademiyasının bu yaxınlarda ümumi iclası keçiriləcək, həmin iclasda Akademiyada islahatlarla bağlı geniş müzakirələr aparılacaq”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev deyib.

Ramiz Mehdiyev bildirib ki, bu, AMEA-nın gələcəyi baxımından çox əhəmiyyətli bir iclas olacaq:

“AMEA-nın fəaliyyəti bilavasitə dövlətin siyasəti ilə bağlı olmalıdır. Prezidentin həyata keçirdiyi iqtisadi, sosial siyasət, humanitar məsələlərlə bağlı yürütdüyü xətt gələcəkdə AMEA-nın fəaliyyətində çox geniş yer tutmalıdır. Ümumiyyətlə, AMEA-nın fəaliyyəti Azərbaycan dövlətinin inkişafında öz xidmətini göstərməkdən ibarət olmalıdır”.

Ramiz Mehdiyev qeyd edib ki, AMEA-da hökmən islahatlar aparılacaq:

“Güman edirəm ki, bu islahatlar AMEA-nın fəaliyyətinə mühüm töhfə verəcək”.

BAKU.WS