VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda işləməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "WhatsApp" şirkəti ictimaiyyəti məlumatlandırıb.

"WhatsApp" mesajlaşma şəbəkəsi "Windows Phone" istifadəçiləri, "Android" və "iOS"un köhnə versiyaları üçün fəaliyyətini dayandıracaq.

"Windows Phone"da mesajlaşma xidməti 31 dekabr 2019-cu ildən sonra dayanacaq. "Android 2.3.7" və "iOS 8"-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci il fevralın 1-də "WhatsApp"dan istifadə etmək mümkün olmayacaq.

Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi oflayn olacaq. Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.

BAKU.WS