SİZİN REKLAM BURADA!
055 213 76 73


İndi "uşaqpulu" mövzusu ətrafında ictimai kampaniya aparılır.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, "uşaqpulu" məsələsində optimal bir qərara gəlmək mümkündür:
"Lakin bunu o qüvvələr kampaniya şəklində edirlər ki, onların özlərinin bir uşaqla şəkilləri yoxdur. Bu adamlar uşağa qayğıdan elə danışırlar ki, doğrusu, heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirilməsində birlikdə iştirak etməliyik".

BAKU.WS