SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan mediasında məşhur jurnalist Fuad Abbasovun Xəzər TV kanalında çalışacağı barədə məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, Fuad Abbasovun kanalda siyasi veriliş aparacağı iddia olunub.

Artıq bunun üçün studiyanın hazırlandığı deyilir. F.Abbasovun həmçinin Xəzər TV-nin xəbərlər şöbəsində vəzifəyə təyin ediləcəyi qeyd edilir.

Məlumatı dəqiqləşdirmək üçün BAKU.WS Fuad Abbasovla əlaqə saxlayıb. O, bildirib ki, belə bir təklif almayıb:

"Mən belə bir təklif almamışam, bu barədə ilk dəfə eşidirəm. Parlamentə namizəd olduğum üçün bu təklif hazırda maraqlı deyil. Bu seçki qanununun pozulması olardı, çünki namizəd televiziyada aparıcı kimi efir vaxtından istifadə edə bilməz. Bu, qanunsuz seçki təşviqatından istifadəyə çevriləcək".

BAKU.WS