SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKU.WS xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Həştərxan ilə Bakını uzun qarşılıqlı fəaliyyət, tərəfdaşlıq və əməkdaşlıq tarixinin bağladığını bildirib:

“Biz Xəzərin sahilində yerləşirik, ona görə də münasibətlərimizin tarixi keçmiş əsrlərin dərinliklərinə gedir. Mən də Həştərxana səfərim zamanı bu şəhərlə tanış olmaq imkanı əldə etdim. O cümlədən mənə əməkdaşlığımızın tarixi barədə məlumat verildi. Bu əməkdaşlıq həqiqətən həmişə çox müsbət olub. Bu gün də biz çox fəal qarışlıqlı fəaliyyət göstəririk”.

Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin yaradıldığını xatırladan İ.Əliyev qeyd edib ki, Bakıda Həştərxan İşgüzar Mərkəzinin də açılış üçün hazır olduğunu bildirilib:

“Bu, çox mühüm hadisədir, çünki biz bu işgüzar mərkəzlər vasitəsilə qarşılıqlı ticarəti inkişaf etdirəcəyik. Bu gün mən cari ilin 9 ayının məlumatlarına baxmışam. Bizdə əmtəə dövriyyəsi artımının o qədər də çox olmaması müşahidə edilir, amma hər halda burada da müsbət dinamika var.

Həştərxan ilə Bakını bağlayan amillər çoxdur. Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun. Biz artıq birbaşa aviasiya əlaqəsinə malikik. Bu da çox müsbət məqamdır. Hesab edirik ki, həm bizim turistlər, həm də Həştərxandan olan turistlər daha çox qarışlıqlı səfərlər edəcəklər. Ümumiyyətlə, Azərbaycana gələn rusiyalı turistlərin sayı artır. Fikrimcə, bu il həmin rəqəm bir milyon nəfərə yaxın olacaq. Beləliklə, bu da əməkdaşlığın, dostluğun yaxşı göstəricisidir və bizim vətəndaşlarımız bir-birinə baş çəkəndə özlərini rahat hiss edirlər”.

Qubernator İqor Babuşkin da öz növbəsində qeyd edib ki, Azərbaycanın Həştərxan vilayəti üçün Xəzəryanı regionda əsas tərəfdaşlardan biri olduğunu söyləyib6

“Uzun müddət ərzində əmtəə dövriyyəsi, turizm sahəsində bu cür sıx münasibətlər, işgüzar əlaqələr yaranıb. Müasir mərhələdə bizim iqtisadi əlaqələrimizin flaqmanı, heç şübhəsiz, xarici ticarət dövriyyəsidir.

Biz ticari əlaqələrimizin genişlənməsi perspektivini keçən il Həştərxanda açılmış Azərbaycan İşgüzar Mərkəzinin işi ilə bağlayırıq. Dünən biz Həştərxan İşgüzar Mərkəzinin tikintisinin gedişi ilə tanış olmaq imkanı əldə etdik. Demək istəyirəm ki, işin gedişindən çox razıyıq və hesab edirik ki, iyunun əvvəlində biz bu mərkəzi təntənəli şəkildə aça biləcəyik. Siz dediyiniz kimi, Həştərxanda və Bakıda bu cür mərkəzlər həqiqətən bizim ticari və mədəni əlaqələrimizin inkişafı üçün yaxşı vasitə olacaq. Fikrimizcə, nəqliyyat sahəsində uğurlu əməkdaşlığı nümunə göstərmək olar”.

BAKU.WS
QALEREYA