SİZİN REKLAM BURADA!
055 213 76 73


16 dekabrdan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.

İranın Azərbaycandakı səfirliyi bildirir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.

Bildirilir ki, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək.

Səfirlik bildirir ki, bu planın icraçısı "Bakustar" şirkətidir. "Bakustar" şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.

BAKU.WS