SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ərazi bütövlüyü uğrunda 1992-ci ildə gedən döyüşlərdə şəhid olmuş Rüstəmov Sahib Əkbər oğlunun xanımı Rüstəmova Safura Qail qızı dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, şahidin xanımı onkoloji xəstəlikdən həyatını itirib.

O, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rüstəmova Safura Gədəbəy rayonu Duz Rəsullu kənd sakini olsa da, onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün Bakıda kirayə yaşayırdı.

Şəhid Rüstəmov Sahib və xanımı Rüstəmova Safuranın 3 övladı var. Onlardan ikisi oğlan, biri isə qız övladıdır.

BAKU.WS
QALEREYA