SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabineti qeyri-iş günləri ilə bağlı məlumat yayıb.

BAKU.WS xəbər verir ki, məlumatda deyilir:

“İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Bu Qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u
isə iş günləri olacaq.

Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət
və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.

İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.
2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam isə martın 20, 21, 22, 23, 24-nü
Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini
səmərəli planlaşdırmasına xidmət edir. 
Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib".

BAKU.WS