VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə hotellər üçün minimal nömrə tələbi qoyulacaq.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

DTA rəsmisinin sözlərinə görə, mehmanxana açmaq istəyən hər bir sahibkar bilməlidir ki, burada ən azı 11 yer olmalıdır. Əks halda həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək.

Qanun layihəsindəki digər yenilik qonaqların qeydiyyatı ilə bağlıdır.

Agentlik rəsmisi bildirib ki, hazırda yerləşdirmə vasitələrində qonaqların qeydiyyatı müəyyən anketin doldurulması ilə aparılır. Bu anketlər də aidiyyəti qurumlara təqdim olunur:

"Biz bu işi asanlaşdırmaq istəyirik. Kağız işinin olmaması üçün qonaqların qeydiyyatının mərkəzləşdirilmiş formada aparılmasını təklif etmişik. Burada qonaqların fərdi məlumalarının təhlükəsizliyinə xüsusi önəm verilir. Heç bir dövlət qurumunun öz səlahiyyətinə aid olmayan informasiyaya çıxış imkanı olmayacaq".

Q.Xeyirxəbərli bildirib ki, DTA tərəfindən hazırlanan yeni qanun layihəsinin bu ilin sonunda hökumətə təqdim edilməsi nəzərdə tutulub: "Bu layihə turizm sənayesi üçün ağır öhdəliklər yaratmır. Əksinə, turizm sənayesinin işini asanlaşdıran, onların fəaliyyətini stimullaşdırır".

BAKU.WS