SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yol bağlanır.

Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirib.

Verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti 29 noyabr tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS