SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Afaq Bəşirqızının Teatr Xadimlərinin Qurultayını yarımçıq tərk etməsi İTV-də yayımlanan 3D proqramında müzakirə obyektinə çevrilib.

BAKU.WS xəbər verir ki, Xalq artisti İlham Namiq Kamal Dadaş Dadaşlinskinin bu mövzuda sualını cavablandırarkən aktrisanın bəlkə də vəzifə istədiyini bildirib.

"Bəli mən o qurultayda var idim. Mən sizə deyim ki, orda nazirimiz Əblüfəz müəllim çıxış elədi. O, çıxışında da qeyd elədi ki, biz neçə illərdir ki, teatr ittifaqı ilə anlaşıqlı şəkildə inkişaf edirik. O vəziyyətdə Afaq xanım durub getdi. Mən bilmədim. Bəlkə onun da ürəyi istəyir. Bəlkə vəzifə istəyir, mən onu bilmirəm. Mən heç kimi dəstəkləmirəm. Mən ancaq özümü dəstəkləyə bilərəm. Hər kəs öz peşəsi və sənəti ilə məşğul olsa, daha yaxşı olar",-deyə İlham Namiq Kamal bildirib.

Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı qurultayı yarımçıq tərk etməsini teatrda yeni qanın, yəni gənc nəslin qarşısını kəsənləri ifşa etməklə əlaqələndirib.

BAKU.WS
VİDEO