SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.

BDU-nun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar.

Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.
Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq.

BAKU.WS