SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bilirsiniz, gəlir yoxdursa ödəniş olmamalıdır. Lakin 2015-ci ildə mənə dedilər ki, 22 min vergiyə ödəməlisən. Mən dedim ki, axı mən o qədər qazanmamışam. Dedilər ki, bir şadlıq sarayında 20-30 dəfə olmusan. Halbuki o şadlıq sarayını ümuimiyyətlə tanımırdım. Sonra auditorla danışdıq və o, hər şeyi yoluna qoydu, düzəldi". 

BAKU.WS xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olarkən bildirib. 

Xalq artisti çıxışı zamanı həmçinin deyib ki, indi də 3-4 ay müddətində toya getməsə də, vergisini vaxtında ödəyir: "Vergi ödəməyinə əlbəttə ödəyirik. Lakin əslində ordan vergi ödəməməliyik. Çünki bu elə bir şeydir ki, toy məclisidir. Mən gedib Dadaş müəllimin qapısını döyə bilmərəm ki, siz məni toyunuza çağırın, çünki mən vergi ödəyirəm. Dadaş müəllim çağırada bilər, çağırmaya da bilər.

Əslində bu, Türkiyədə ekstra adlanır. Yəni toy olanda vergi ödəyirsən. Amma biz olsa da, olmasa da ödəyirik. Elə olur ki, mən 3 ay toya getmirəm. Amma o kvartalın pulu ödəyirəm".
BAKU.WS
VİDEO