SİZİN REKLAM BURADA!
055 213 76 73


Dənizkənarı Bulvar ərazisində yeni atraksionlar quraşdırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:

"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları Bulvar ərazisində görmək mümkün olacaq.

Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək".
BAKU.WS