SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yüngül narkotik vasitələrin istifadəsi leqallaşdırıla bilər". 

BAKU.WS 
xəbər verir ki, bunu BAKU.TV-yə Bakı Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei bildirib. 

Onun sözlərinə görə, narkotikanın leqal olduğu bir neçə ölkədə istifadəçilərin sayında azalma müşahidə olunub: "Biz əgər buna bitki kimi baxırıqsa, onun insana xeyirli təsirləri də var. Bu o demək deyil ki, marixuana yaxşı bir şeydir. Ağır psixi xəstələrin yaranmasında marixuananın da öz yeri var".

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, deputat Musa Quliyev isə hesab edir ki, ölkəmizdə bu tip vasitələrin leqallaşdırılmasına ehtiyac yoxdur: "Onun leqallaşdırılması bizim əhalini tamamilə narkomanlığına gətirib çıxara bilər. Bu, təhlükəli bir şeydir. Lakin metadonun genişləndirilməsi və yaxud bu tipli başqa dərmanların leqallaşdırılmasının tərəfdarıyam. Narkotik asılığı olan insanlara bu tip dərmanlar verilir ki, təhlükəli cinayətkara çevrilməsin".
BAKU.WS
VİDEO