SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir". 

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib. 

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib:

"Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".
BAKU.WS