SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ov icazəsi verilməyib.
 
BAKU.WS-in ETSN-ə istinadla verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistan və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, 08 fevral 2015-ci il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri "Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
 
BAKU.WS