Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

Noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/73274 


29 oktyabrda avtomobilin vurduğu hüquq müdafiəçisi Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir.

BAKU.WS xəbər verir ki, bu barədə Gülalıyevin həkimi Adil Qeybulla bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73275 


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73278 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73286 


Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlar olub.

BAKU.WS xəbər verir ki, Adnan Əhmədzadə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73297 


Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi vəzifəsinə təyinat olub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72568 


"Vətəndaşlara diqqət rayon icra hakimiyyətləri tərəfindən yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir. Onların problemlərinə reaksiya verilmir".        

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/73315 

BAKU.WS