VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook", "WhatsApp" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər.

BAKU.WS Trend-ə iastinadən xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı məlumat yayıb.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hollandiya və İtaliyada müşahidə edilir.

Bildirilir ki, istifadəçilərin əsas şikayətləri sosial şəbəkələrin xəbər lentinə və eləcədə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır.

Hər üç sosial şəbəkə xidmətləri "Facebook"-ka məxsusdur.
BAKU.WS