SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Qəbələ və Ağdaşda bir sıra yol və inzibati binaların açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

Bundan başqa, Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun və Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun yenidənqurmadan sonra açılış olub.

Prezident Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilməsi tədbirində də iştirak edib. Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

İlham Əliyev Ağdaş Telekommunikasiya Qovşağının inzibati binasının əsaslı təmirdən sonra açılışında da iştirak edib.
BAKU.WS
QALEREYA