VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək. “Məşğulluq haqqında” Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar da həyata keçirilə bilər.

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.
BAKU.WS