SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

İribuynuzlu heyvanlar bir saatın içində müəmmalı şəkildə tələf olur.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Tovuzun Hacıhəsənli kəndində qeydə alınıb. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/72236 


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

BAKU.WS xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72241 


Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin "Səni axtarıram" proqramında ekspert kimi görünməsi bir çox tamaşaçını qıcıqlandırıb. Uzun illərdir ölkənin sosial siyasətinə rəhbərlik edən millət vəkilinin fəaliyyətindən narazı insanlar Xoşqədəm Hidayətqızına etiraz ediblər.
 
BAKU.WS xəbər verir ki, aparıcı deputatdan "İnstagram" hesabında yazılan mənfi rəylərə cavab verməsini istəyib. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/72240 


Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilib. 

BAKU.WS 
xəbər verir ki, bu barədə qərar oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası zamanı qəbul olunub. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72232 


Oktyabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72198 

BAKU.WS