SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İTV-də yayımlanan 3D proqramında çıxışı zamanı ölkədə internet sürəti ilə bağlı ciddi problemlərin olduğunu bildirib. 

BAKU.WS
xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüz Dadaş Dadaşlinskinin Azərbaycanda internetin sürətinin hansı canlıya bənzəməsi barədə suallarını cavablandırarkən, tısbağa cavabını verib. 

"Yəqin ki, ikincisinə bənzəyir. Bunu təkcə mən yox, beynəlxalq qurumların hesabatları, ölkədə internet istifadəçiləri, dövlət qurumları, ictimai qurumlar və bütün ekspertlər deyirlər.

Düşünürəm ki, son dövrlərin statistikasına baxsaq görərik ki, Azərbaycan internetində adam başına düşən internet sürətinin həcmi ilə bağlı bizim vəziyyətimiz heç də yaxşı deyil. Xüsusən bizdə geniş zolaqlı, keyfiyyətli internetlə bağlı bizd ciddi problemlər var",- deyə Osman Gündüz əlavə edib.
BAKU.WS
VİDEO