VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Narkomaniya bütün dünyada ən böyük problemlərdən biridir. Çünki dünyada narkobizneslə məşğul olanlar narkomaniyanın yayılmasında maraqlıdırlar".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Liderlik məktəbi"ndə yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.

O bildirib ki, narkotacirlər bu pis vərdişin yayılması ilə gəlir əldə edirlər: "Bu gün narkotik maddə satışı dünyada ən böyük biznesdir. Təəssüflər olsun ki, narkotikə qurşanan gənclər heç bir faydalı işlə məşğul ola bilmirlər. Xüsusən də, oğlan uşaqları diqqətli olmalıdır. Çünki oğlanlar siqaretə tez qurşanır və bununla da onlarda asılılıq yaranır. Asılılıq yarandıqdan sonra isə onlar istənilən yolla pul tapıb narkotik maddə almağa çalışacaq. Hətta buna görə oğurluğa da əl atacaqlar".

Ombudsman narkotik maddədən qaçmaq üçün gəncləri siqaret çəkməkdən uzaq durmağa çağırıb: "Bəzi hallarda deyirlər ki, kişi deyilsən? Siqaret niyə çəkmirsən? Ona demək lazımdır ki, elə kişiyəm ki, siqaret çəkmirəm. Siqaretin tərkibində olan maddələr asılılığa gətirib çıxara bilir".
BAKU.WS