SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 13-ü axşamdan etibarən Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, buna görə də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.
BAKU.WS
QALEREYA