SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prsoesində Gürcüstan təcrübəsindən faydalana bilər.

BAKU.WS
-in xəbərinə görə, rəsmi Tiflis texniki baxış keçirmək üçün 89 şirkətə lisenziya verib. 

Gürcüstan vətəndaşları məhz həmin şirkətlərə müraciət edərək avtomobillərini texniki baxışdan keçirirlər. 

Bu proses zamanı ödəniş nəğd deyil, xüsusi hesaba pul keçirməklə (küçələrdə olan istənilən aparatdan) baş tutur. 

Rəsmi Tiflis şirkətlərə texniki baxışı həyata keçirməyə şərait yaratmaqla, həm növbələrin qarşısını alır, həm də avtomobillərin saz vəziyyətdə olmasını təmin etmiş olur. 

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışını Dövlət Yol Polis İdarəsi həyata keçirir. Bu il edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Hazırda bu rüsum 20 manatdır.
BAKU.WS