055 213 76 73
BAKU.WS "Report"a istinadla xəbər verir ki, dəyişikliklə "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.
Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.
BAKU.WS