VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün təxminən 15:00 radələrində Bakının Xətai rayonu işıqsız qalıb. 

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb quru otun yandırılması olub. Nəticədə bir neçə elektrik kabeli yanıb.

Hadisə zamanı baş verən yüngül partlayış insanları təşvişə salıb. 

Hadisə şahidlərinin sözlərinə görə, quru otu uşaqlar yandırıb. Yanğın nəticəsində Gəncə prospektindəki bir neçə məhəllə işıqsız qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və “Azərişıq” ASC-nin əməkdaşları cəlb olunub. Elektrik enerjisinin bərpa olunacağı vaxt məlum deyil.
BAKU.WS
VİDEO