SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. 

BAKU.WS xəbər verir ki, bunu "APA-Economics"ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.
BAKU.WS