SİZİN REKLAM BURADA!
055 213 76 73


Fibroptik kabeldə baş verən qəza nəticəsində Goranboyun bəzi yaşayış məntəqələrində telefon rabitəsi və internet şəbəkəsi kəsilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, nəticədə rayonun Goran qəsəbəsi, Qızılhacılı, Məşədiqaralar, Boluslu və Eyvazlı kəndlərində telefon rabitəsi və internet xidməti qismən və bəzi hissələrdə isə tamamən kəsilib.

Əraziyə xidmət göstərən ATS-dən APA-ya verilən məlumata görə, qeyd olunan ərazidə fibroptik kabel qırılıb. Hazırda qəza yeri müəyyənləşdirilir.
 
BAKU.WS