VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.

Bu barədə BAKU.WS-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.

Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.

Hərrac oktyabr ayının 1-də keçiriləcək.
BAKU.WS