SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) daha bir uğurlu əməliyyat həyata keçirilib. 

BAKU.WS xəbər verir ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı pasiyentə 65 yaşlı anasının böyrəyi köçürülüb. 

Əməliyyat uğurla başa çatıb və köçürülən böyrəyi orqanizm qəbul edib. Mərkəzdən azərtac-a bildirib ki, böyrəkköçürmə əməliyyatı RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsində urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaratdığı fəsadlar olub: “Böyrək çatışmazlığından xilas olan və sağlam həyata dönən pasiyentimizin vəziyyəti hazırda yaxşıdır. Hemodializ vasitəsilə qan təmizlənsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil. Böyrəklər fəaliyyətini dayandırarsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır.

Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yığılması, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açar. Bu baxımdan böyrəkköçürmə əməliyyatı hemodializi yaşam üsulu seçmək məcburiyyətində qalan insanlar üçün nicat yoludur. Pasiyentimizə bu xoşbəxtliyi anası bəxş edib”.

BAKU.WS