VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xaçmaz və Şəmkir rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz kəmərlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və sazlama işlərinin aparılması məqsədi ilə bu gün saat 09:00-dan etibarən Xaçmaz rayonunun, həmçinin, saat 10:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb.

BAKU.WS