VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında (www.mia.gov.az) yaradılaraq istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, xüsusi interaktiv pəncərə vasitəsi ilə, vətəndaşlar adlarının, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər.

Bildirilir ki, bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub qeyd edilən elektron xidmət (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçilməli və açılan qrafalara müvafiq şəxsi məlumatlar doldurulub təsdiq edilməlidir.

İnteraktiv pəncərədə iki variantda axtarış aparılmalıdır.

Birinci variantda soyad, ad, ata adı və doğum tarixi qeyd edilməklə, digər variantda şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi göstərilməklə, daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki  variantda axtarış aparmaq tövsiyə olunur.

Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı müraciət etməli olduğu polis orqanı göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır.

Şəxs axtarışa elan edilmədiyi halda ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur” cümləsi yazılır.
BAKU.WS