SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı iki gün müddətinə dayandırılacaq.

Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.
BAKU.WS