SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələ rayonundakı istirahət mərkəzlərinin birində kompleksə giriş və çıxışı üçün turistlərdən 50 qəpik tələb olunur.

BAKU.WS xəbər verir ki, bununla bağlı "Facebook" istifadəçilərindən biri sosial şəbəkədə paylaşım edib.

O, qeyd edib ki, “Nohurgül” istirahət mərkəzinə daxil olan turistlər 50 qəpik ödəsələr də, çıxışda da eyni qədər pul ödəməli olurlar.

Məsələ ilə bağlı Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İdarənin rəsmisi Zahid Kərimov BAKU.WS-ə açıqlamasında giriş və çıxışda 50 qəpik tələb olunmasını təkzib edib: “Həmin istirahət məkanı adi sahibkar tərəfindən işlədilir. Orada iddia edilən hal mövcud deyil. Bu, kənardan müdaxilə olunan şəkildir və həqiqəti əks etdirmir. Sosial şəbəkələrdə bir xəbər yayılanda digərləri bunun həqiqət olmasını araşdırmadan paylaşırlar. Əslində həmin istirahət mərkəzinin parkinq xidmətinə giriş rahat şəkildədir, yalnız çıxış zamanı 50 qəpik tələb olunur”.

Orxan Hüseyn
BAKU.WS